• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

İsrail hücumu: İranda ölən jurnalistlərin sayı 12-yə çatdı

DÜNYA

10 Iyul 2025 | 16:13

İsrail hücumu: İranda ölən jurnalistlərin sayı 12-yə çatdı

İsrailin İslam Respublikası ərazisinə endirdiyi zərbələr nəticəsində İranın kütləvi informasiya vasitələrinin ən azı 12 əməkdaşı ölüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, İsrailin hücumu nəticəsində həlak olan media işçilərinin daha ikisinin meyiti müəyyən edilib.

Məlumata görə, bununla da 12 günlük müharibədə ölən jurnalistlərin ümumi sayı 12-yə çatıb.

İnformasiyaya əsasən, əvvəl rəsmi Tehran doqquz media əməkdaşının öldüyü və onun yaralandığına dair məlumat vermişdi. Qurbanların əksəriyyəti İsrailin Tehrandakı İran dövlət televiziya və radio şirkəti, "Bayan" media holdinqin binalarına endirdiyi zərbələrlə əlaqədardır.

Qeyd edək ki, İsrail İrana qarşı hərbi əməliyyata iyunun 13-də başlayıb. Atəşkəs rejimi iyunun 24-də qüvvəyə minib. Rəsmi məlumatlara görə, İran tərəfindən ümumi ölü sayı 1 060 nəfərdir.


SON XƏBƏRLƏR

10 Iyul 2025