• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Qəzzaya humanitar giriş genişləndiriləcək

DÜNYA

10 Iyul 2025 | 15:51

Qəzzaya humanitar giriş genişləndiriləcək

İsrail Avropa İttifaqı (Aİ) ilə konstruktiv dialoq nəticəsində Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün biz İsraillə Qəzzaya humanitar girişin genişləndirilməsi barədə razılığa gəldik. Bu razılaşma daha çox nəzarət-keçid məntəqələrinin açılması, Qəzzaya humanitar yardım və ərzaq daşıyan yük maşınlarının girişi, bir sıra infrastrukturun təmirini və s. nəzərdə tutur. Biz İsrailin razılaşdırılmış bütün tədbirləri həyata keçirəcəyinə ümid edirik", - K.Kallas deyib.

Təşkilatın bəyanatına görə, Aİ və İsrail genişmiqyaslı humanitar yardımın birbaşa Qəzza əhalisinə çatdırılması və bir sıra digər məsələlər barədə razılığa gəlib.


SON XƏBƏRLƏR

10 Iyul 2025