"Azərişıq" ASC Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalması məsələsinə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ, əslində, göründüyü kimi deyil.
Açıqlamada qeyd olunub ki, Lerikdə kifayət qədər intensiv iş gedir, elektrik enerjisinin verilişi təmin edilir:
"80 kənd deyəndə ucqar ərazidəki yaşayış məntəqələri nəzərdə tutulur. Hər kənddə 5-10 ev var. Əksəriyyəti balaca kəndlərdir. 80 kənddə ümumi 360 abonent var.
Lerikin mərkəzi bağlıdır. Birinci yollar açılmalıdır ki, texnika hərəkət etsin. Düzdür, gecə-gündüz iş gedir, işıq bərpa olunur, lakin qar da güclənir. Bütün məsuliyyət təkcə bizim qurumun üzərində deyil. Ağaclar qırılıb, yolboyu tökülüb. O ağaclar kəsilib götürülməlidir. Bizim o ağacları kəsib götürməyə ixtiyarımız yoxdur".
Bakı 



