• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakı metrosunda interval azaldılacaq? - RƏSMİ

CƏMİYYƏT

20 Yanvar 2026 | 11:31

Bakı metrosunda interval azaldılacaq? - RƏSMİ

İntervalın endirilməsi texniki prosesə çevrilib. Hazırda ən minimum intervalla hərəkətə keçilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoloteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“İçərşəhər dönmə kamerası da məhz intervalların azaldılmasına xidmət göstərəcək. Yaxın gələcəkdə bununla bağlı çox əhəmiyyətli işlərə başlanılacaq”.

Metropoliten rəsmisi bu il ərzində icra ediləcək layihələrin gedişat prosesi haqqında da məlumat verib:

“Bu il ərzində “Xətlərin ayrılması” layihəsi üzrə prinsipial işlərə başlanacaq. Növbəti il ərzində xətlərin fiziki olaraq tam ayrılması nəzərdə tutulur. Həmçinin, bu il ərzində iki elektrik yarımstansiyasının inşasına başlanılması planlaşdırılır”, - deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026