• Bakı C

    10.78 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Müharibə veteranları Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

SİYASƏT

20 Yanvar 2026 | 12:03

Müharibə veteranları Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Bu gün bir qrup müharibə veteranı Şəhidlər xiyabanını ziyarət edib. 

Bakıvaxtı.az xəbər verir ki, ziyarət zamanı veteranlar torpaqların azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

Veteranlar xiyabanda yerləşən məzarları bir-bir dolaşaraq şəhidlərin fotoları önünə gül dəstələri düzüb, onların ailələrinə və bütün Azərbaycan xalqına səbir diləyiblər. 

Ziyarət iştirakçıları bildiriblər ki, Azərbaycan şəhidlərinin fədakarlığı heç vaxt unudulmayacaq və müharibə iştirakçıları onların mirasına daim sahib çıxacaqlar.

Əli Hüseynov
Foto: Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Yanvar 2026