• Bakı C

    10.78 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

İlham və Fərizənin ailəsi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

CƏMİYYƏT

20 Yanvar 2026 | 11:41

İlham və Fərizənin ailəsi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhid İlham və Fərizənin ailə üzvləri Fəxri xiyabanı ziyarət ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, onlar Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri düzüblər.

Qeyd edək ki, İlham Allahverdiyev və Fərizə Allahverdiyeva 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qətliam zamanı şəhid olublar. Yeni ailə həyatı qurmuş gənc cütlüyün faciəli şəkildə həyatlarını itirməsi 20 Yanvar hadisələrinin xalqımızın yaddaşında xüsusi ağrı ilə xatırlanan səhifələrindən biridir. İlham və Fərizənin sevgisi, qısa, lakin mənalı ömür yolu bu gün də sədaqət və vətənpərvərlik rəmzi kimi anılır.

Zeynəb Rzayeva
Foto: Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Yanvar 2026