• Bakı 17° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Mayın 13-də Kiyevlə atəşkəs olmasa...

DÜNYA

12 May 2025 | 16:15

Mayın 13-də Kiyevlə atəşkəs olmasa...

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

Məlumata görə, Almaniya hökuməti Avropa İttifaqından olan tərəfdaşları ilə razılaşdıraraq, Ukraynada mayın 12-si gün sonunadək atəşkəs əldə olunmasa, Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar hazırlamağa başlayacaq. 

Jurnalistlərin "Bu, mayın 12-si başa çatdıqda Aİ-nin sanksiyalar hazırlamağa başlayacağı anlamına gəlirmi?" sualına Kornelius müsbət cavab verib.

"Məhz belədir. Günün sonunda siyasi məsləhətçilər səviyyəsində sanksiya tədbirlərinə hazırlıq başlayacaq", - siyasətçi bildirib.

Onun sözlərinə görə, İstanbulda aparılan danışıqlara paralel olaraq Brüsseldə 17-ci sanksiyalar paketi hazırlanacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR