Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi tarix elmləri namizədi general-polkovnik Vladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU) olub.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib.
Görüşdə Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Rusiyalı qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub.
Sonra Rusiya nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Nümayəndələrə Hərbi İnstitutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.