Macarıstanın Baş naziri Viktor Orban müxalif Tissa partiyasını (Tisza Part) Avropa İttifaqı ilə əlbir olmaqla bağlı tənqid edib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün ənənəvi radio verilişində çıxış edən Macarıstan hökumətinin başçısı deyib ki, “biz bunu öz qulağımızla eşitmişik və öz gözümüzlə görmüşük”. O, partiyanı macar xalqına qarşı sui-qəsddə Brüssellə əlbir olmaqda ittiham edib.
V.Orbanın müxalifət partiyasını tənqid etməsi onunla bağlıdır ki, ölkə rəhbərliyinin fikrincə, müxaliflər Avropa İttifaqı ilə Macarıstan iqtisadiyyatını və səhiyyə sistemini məhv etmək, eləcə də ölkə sakinlərinin həyat səviyyəsini aşağı salmaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, bütün bunlar macar ailələrinə zərər vermək, onları taqətdən salmaq, məhv etmək üçün edilir və bunun müqabilində Brüssel bu partiyanın hakimiyyətə gəlməsinə kömək edəcəyinə söz verib.
"Bu, Macarıstan demokratiyası üçün qara gündür! Ölkənin parlament üzvləri macarların maraqları naminə işləmək üçün xalq tərəfindən seçilərək Avropa Parlamentinə göndərilib. Bu gün məlum olub ki, Tissa partiyasından olan deputatlar macarların əleyhinə işləyirlər. Bu, Macarıstan parlamentinin deputatlarıdır".
“Brüsseldə macarlara qarşı işləyənlər Macarıstanın ictimai həyatından silinməlidir!”, -deyə hökumət başçısı qəzəblə bildirib.