ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda yaşayan minlərlə əfqanıstanlı və kamerunluya deportasiya ilə bağlı verilmiş möhləti ləğv edib. Müvəqqəti status on minlərlə insanın ölkədən qovulması ilə nəticələnə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “U.S. News & World Report” bunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb.
Prezident Donald Tramp hələ yanvar ayında hakimiyyətə gələndə rekord sayda mühaciri ölkədən çıxaracağını bəyan etmişdi. Eyni zamanda, o, müvəqqəti sığınacaq verilmiş bəzi mühacirlərin statusunun ləğv olunacağını bildirmişdi.
Qeyd edək ki,Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra keçmiş prezident Baydenin hakimiyyəti dövründə, bu ölkədən Birləşmiş Ştatlara 82 min əfqan pənah gətirmişdi. Onlar vətənlərində siyasi-ictimai təqib ehtimalına görə ABŞ-dən deportasiya olunmaqdan müvəqqəti möhlət hüququ əldə etmişdilər.