• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

2040-cı ilə qədər dünya ticarətinin həcmi 3% azalacaq

DÜNYA

12 Aprel 2025 | 14:30

2040-cı ilə qədər dünya ticarətinin həcmi 3% azalacaq

Gömrük rüsumları 2040-cı ilə qədər dünya ticarətini 3% azalda bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktoru Pamela Kouk-Hamilton Cenevrədə keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ABŞ-nin idxal tariflərini sərtləşdirməsi və digər ölkələrin buna cavab tədbirləri dünya ticarətinə mənfi təsir göstərir.

“Uzunmüddətli perspektivdə dünya ticarətinin strukturunda mühüm dəyişikliklər qaçılmazdır”, – deyə Kouk-Hamilton bildirib.

O əlavə edib ki, məhdudlaşdırıcı tədbirlərin təsiri ilə Meksikanın ixracı ABŞ, Çin və Avropa kimi əsas bazarlardan daha çox inkişaf etməkdə olan ölkələrə – Kanadaya, Braziliyaya və Hindistana yönələ bilər.


Tədqiqatçılar həmçinin bildiriblər ki, Vyetnam da öz ixrac istiqamətini dəyişə və ABŞ, Meksika və Çin bazarları əvəzinə Yaxın Şərq, Şimali Afrika, Avropa İttifaqı və Cənubi Koreya kimi regionlara üstünlük verə bilər.

Pamela Kouk-Hamilton qeyd edib ki, Meksika, Çin, Tailand və Cənubi Afrika kimi ölkələr bu dəyişikliklərdən ciddi şəkildə təsirlənəcək. Bununla yanaşı, mənfi nəticələrdən ABŞ da zərər görəcək.


SON XƏBƏRLƏR

12 Aprel 2025