• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Məşhur müğənni kosmosa uçuşa hazırlaşır

ŞOU

12 Aprel 2025 | 17:28

Məşhur müğənni kosmosa uçuşa hazırlaşır

Məşhur müğənni Keti Perri aprelin 14-də “Blue Origin” raketi ilə kosmosa uçmağa hazırlığından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda o, “Elle”yə bildirib.

Ulduz Yerin nə qədər qiymətli olduğunu özünə xatırlatmaq üçün özü ilə bir şey götürməyi planlaşdırdığını açıqlayıb.       

Perri həmçinin qızı Deizini xəyal qurmağa ruhlandırmaq üçün kosmosa getdiyini qeyd edib:

“Ona hər kəsin öz arzularına çata biləcəyini göstərmək üçün - mənşəyindən, etnik mənsubiyyətindən, iqtisadi statusundan və ya təhsil səviyyəsindən asılı olmayaraq. O, artıq çox böyük xəyalpərəstdir və onun cəmi dörd yaşı var. Amma mən bunu gələcək nəsil üçün də edirəm”.

Qeyd edək ki, uçuş cəmi 11 dəqiqə davam edəcək . Missiya tamamilə qadınlardan ibarət olacaq, belə bir missiya sovet kosmonavtı Valentina Tereşkovanın 1963-cü ildə təkbaşına kosmosa uçuşundan sonra ilk dəfə baş verəcək.


SON XƏBƏRLƏR

12 Aprel 2025