Yunanıstanda keçirilən Müstəqillik Günü paradı zamanı bu ölkənin Hərbi Dəniz Qüvvələri məktəbinin bir qrup üzvü Türkiyənin ünvanına təhqiramiz ifadə səsləndirdiyi üçün cəzalandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, paradda yunan hərbçilər “Kipr yunanındır” şüarı səsləndirib və Türkiyəyə qarşı təhqiramiz ifadələr işlədib. Hadisə sosial şəbəkələrdə ictimai qınağa səbəb olub və Ankara buna rəsmi şəkildə sərt reaksiya verib.
Məsələni araşdıracağını vəd edən Yunanıstan hadisədə iştirak edən şəxslərdən bəzilərinə 20 günə qədər həbs, digərlərinə isə müxtəlif intizam cəzaları təyin edib.