Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Yvan Gillə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüş barədə nazir "X" sosial media hesabında yazıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin vəziyyəti müzakirə edilib.
Eləcə də Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və burada Venesuelanın Azərbaycanın təşəbbüslərinə davamlı dəstəyi təqdirlə qarşılanıb.