• Bakı 17° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Türkiyədə təlimə hazırlaşan hərbçilərə sıra baxışı keçirildi

GÜNDƏM

08 May 2025 | 18:10

Türkiyədə təlimə hazırlaşan hərbçilərə sıra baxışı keçirildi

Azərbaycan Ordusunun qardaş Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək hərbi qulluqçularına mayın 8-də sıra baxışı keçirilib.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hərbi qulluqçulara təlimin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, təhlükəsizlik qaydaları və təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar çatdırılıb.

Cari ilin 12-23 may tarixlərində keçiriləcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış- xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edəcək.


SON XƏBƏRLƏR