• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə və Gürcüstandan olan din xadimləri Ağdamda səfərdədilər - FOTOLAR

GÜNDƏM

31 May 2025 | 15:40 | Müəllif: Gülşən Şərif

Türkiyə və Gürcüstandan olan din xadimləri Ağdamda səfərdədilər - FOTOLAR

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilən Ağdamda səfərdədilər. Qonaqlar səfər zamanı 30 il ərzində burada törədilmiş dağıntılar, həmçinin tarixi yerlərlə də tanış olacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam şəhərinə səfər edən nümayəndə heyəti Ağdam Cümə məscidi, İmarət Kompleksi və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Qonaqlara işğalda olduğu müddət ərzində ermənilərin Azərbaycanın tarixi - mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktları haqqında məlumatlar veriləcək.

Qeyd edək ki, 30-dan çox azərbaycanlı din xadiminin iştirak etdiyi səfər 2 iyun tarixinə kimi davam edəcək. Səfərin növbəti mərhələsi Bakı şəhərində olacaq.


Türkiyə və Gürcüstandan olan din xadimləri Ağdamda səfərdədilər - FOTOLARTürkiyə və Gürcüstandan olan din xadimləri Ağdamda səfərdədilər - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026