• Bakı 27° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Deputat: “Rusiya digər bölgələrdə də azərbaycanlılara qarşı…” - NONSENS!

GÜNDƏM

29 Iyun 2025 | 11:45

Deputat: “Rusiya digər bölgələrdə də azərbaycanlılara qarşı…” - NONSENS!

“Rusiyanın Yekaterinburqda azərbaycanlılara qarşı törətdiyi hadisə sübut edir ki, bu ölkədə insanlığa qarşı polis dövlət yaradılıb”.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Partiya başqanı qeyd edib ki, Rusiya Ukraynada uşaqları qətlə yetirən bir dövlət, indi artıq öz daxilində  də cinayətlər törətməyə davam edir:

“Polis qüvvələrini və xüsusi xidmət orqanlarını səfərbər edib, vətəndaşlara işgəncələr verir, cinayətlər törədir. Bu, təəccüblü deyil, çünki onların mahiyyəti budur. Dünya bu rejimi, bu dövlətin insanlığa qarşı olan fəaliyyətinə qiymət verib və onlara qarşı müvafiq sanksiyalar tətbiq edib. Bu sanksiyaları daha da gücləndirməyə çalışırlar”. A.Mollazadə söyləyib ki, biz Rusiyanın Qarabağda tərətdiyi cinayətlərdən onların mahiyyətini bilirik:
“Artıq bu cinayətlərin miqyası artıb. Belə hadisələr tək Yekaterinburqda deyil, digər bölgələrdə də gözlənilir. Söhbət tək azərbaycanlılardan getmir. Bilirsiniz ki, bundan əvvəl özbəklərə və ümuməm keçmiş sovet ölkələrindən olan vətəndaşlara qarşı da belə terrorlar törədiblər. Bu, rejimin mahiyyətini aydın şəkildə ortaya qoyur. Polis rejimi tətbiq olunub ki, daxildə də igəncələri davam etdirsinlər. Çox güman ki, Ukryana bunlara bəs etmir”.

Rusiyan qıcılandıran səbəblərə diqqət çəkən parlamentari vurğulayıb ki, onlar özlərindən qıcılanırlar:

“Bu ölkəni idarə edənlərin çox ciddi ruhi xəstəlikləri var. Bu ruhi xəstəliklər məhz sadism əlamətləri daşıyır. Bu sadizm məhz insanlığa qarşı olan cinayətlərin əsasını təşkil edir. Onlar belə işgəncələrdən həzz alırlar”.

“Rusiya Ukrayna cəbhəsindən “əli güclü” çıxarsa, Qarabağa yenidən “tamah” sala bilərmi?” sualına gəlincə, həmsöhbətimiz ərz edib ki, onların Qarabağa cürəti çatmayacaq:

“Çox gözəl başa düşürlər ki, Azərbaycan yalnız deyil, Azərbaycanın çox güclü müttəfiqləri var və ölkəmiz kifayət qədər güclü orduya malikdir. Rusiya yenidən sovet ittifaqını bərpa etmək istəyir. Əlbəttə, onların iddiaları Ukrayna ilə yekunlaşmayacaq. Orta Asiya ölkələri, Cənubi Qafqaz, Baltik ölkələri onların gələcək hədəflərindədir. Dünya da bunu bilir. İnanıram ki, beynəlxalq birlik Rusiyaya qarşı daha sərt mövqe müəyyənləşdirməsə, dünya təhlükə ilə üzləşəcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR

28 Iyun 2025