"Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığı məktubundan yer alıb.
"Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir", - deyə məktubda qeyd olunub.