• Bakı 18° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görü keçirilib

GÜNDƏM

08 May 2025 | 20:12

Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görü keçirilib

Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin davamı olaraq, qardaş ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti ölkəmizə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə HDQ nümayəndələri Azərbaycan HDQ-nin strukturuna daxil olan müxtəlif hərbi hissələri, gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər. Bu ziyarət zamanı qonaqlara Azərbaycan HDQ-nin fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüş zamanı hər iki tərəf arasında səmərəli fikir mübadiləsi aparılaraq hərbi dənizçilik sahəsində əldə olunmuş təcrübələrin qarşılıqlı şəkildə paylaşılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində razılıq əldə olunub.
Bu cür görüşlər iki dost və qardaş ölkənin HDQ arasında əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə xidmət edir.


SON XƏBƏRLƏR

08 May 2025