• Bakı 18° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İsrail səfirliyi ölkənin müstəqilliyinin ildönümü şərəfinə Bakıda ziyafət təşkil edib

GÜNDƏM

09 May 2025 | 00:31

İsrail səfirliyi ölkənin müstəqilliyinin ildönümü şərəfinə Bakıda ziyafət təşkil edib

İsrailin Azərbaycandakı səfirliyi yəhudi dövlətinin müstəqilliyinin 77-ci ildönümü şərəfinə ziyafət təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə yüksək vəzifəli şəxslər, dövlət rəsmiləri, diplomatlar, iş adamları və yəhudi icmasının üzvləri iştirak ediblər.

Səfir Corc Dik İsrailin suverenliyə qədər keçdiyi yoldan, Azərbaycanla sülh və tərəqqi, eləcə də qarşılıqlı hörmət əsasında qurulmuş möhkəm dostluqdan danışıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonaqlar qarşısında çıxış edərək iki ölkə arasında güclü iqtisadi əməkdaşlığı və ikitərəfli münasibətlərin əsasında duran ümumi dəyərləri vurğulayıb.

Ziyafətdə simli kvartet və tanınmış musiqiçi Fərid Əliyev çıxış edib. Qonaqlar həmçinin İsrail mətbəxinin dadına baxıblar.


SON XƏBƏRLƏR

08 May 2025