• Bakı 11° C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Hər kəsi Ukrayna ordusunda xidmətə ÇAĞIRDI

DÜNYA

13 Aprel 2025 | 00:30

Hər kəsi Ukrayna ordusunda xidmətə ÇAĞIRDI

Volodimir Zelenskinin ofis rəhbərinin müavini Pavlo Palisa bütün vətəndaşların, o cümlədən qadınların orduda xidmət etdiyi İsrail modelinə uyğun olaraq Ukraynada universal hərbi xidmətin tətbiqinə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərini “Strana.ua” sitat gətirib. 

"Biz müəyyən bir keçid dövrü üzərində düşünməliyik ki, vətəndaşlar hamının xidmət etməli olduğunu aydın başa düşsünlər", - deyə rəsmi qeyd edib. 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində xidmətdən imtina dövlət xidmətlərinə çıxışın və dövlət qurumlarında işləmənin məhdudlaşdırılması ilə nəticələnə bilər.


SON XƏBƏRLƏR

12 Aprel 2025