• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Anjey Duda: "Donald Trampa inanıram"

DÜNYA

12 Aprel 2025 | 16:23

Anjey Duda: Donald Trampa inanıram

 Polşa prezidenti Anjey Duda Amerika lideri Donald Trampın Ukraynadakı müharibəni bitirmək üçün ən yaxşı şansa malik olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, “Sky News” telekanalına müsahibəsində Ukraynada sülh şansının Trampın əlində və ABŞ prezidentinin Rusiya lideri haqqında təsəvvürə malik olduğunu deyən Polşa prezidenti, bununla belə, istənilən sülhün “ədalətli və davamlı” olması zərurətini diqqətə çatdırıb.

Anjey Duda məhz Donald Ttramın ilk prezidentlik dövründə “Şimal axını - 2” və Putinin enerji ambisiyalarına zərbə vurduğunu xatırladıb. O, əmindir ki, bu, Trampın Putini ağrıtmaq üçün hara vuracağını bildiyinə dair kifayət qədər sübutdur.

“Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcək şəxs, çox güman ki, ABŞ prezidentidir. Məsələ onun bunu etmək üçün kifayət qədər qətiyyətli olub-olmayacağıdır. Çünki Ukraynaya təcavüz edən Rusiya ilə qonşu olan Avropa üçün sülhün ədalətli və davamlı olması da çox vacibdir”, - Polşa prezidenti bildirib.


SON XƏBƏRLƏR

12 Aprel 2025