• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Sabah hava yağmursuz olacaq - PROQNOZ

CƏMİYYƏT

12 Aprel 2025 | 13:07

Sabah hava yağmursuz olacaq - PROQNOZ

Bakıda və Abşeron  yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq.

Mülayim qərb əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.


SON XƏBƏRLƏR

12 Aprel 2025