• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

"S.O.S" dünyada ən çox axtarılan mahnılar siyahısında

ŞOU

12 Aprel 2025 | 15:08

S.O.S dünyada ən çox axtarılan mahnılar siyahısında

Xalq artisti Aygün Kazımovanın hit olan "S.O.S" mahnısı növbəti uğura imza atıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, Pop kraliçanın məşhur ifası "Shazam" axtarış tətbiqində ən çox axtarılanlar siyahısında yer alıb.

Belə ki, "S.O.S" 16 ölkədə ən çox axtarılanlar siyahısına düşüb. Onlar arasında Almaniya, Çexiya, Finlandiya, Niderland, Danimarka, Sinqapur, Ukrayna, Norveç kimi ölkələr yer alıb.

Qeyd edək ki, Mahnı təqdim olunduğu gündən indiyənə kimi Azərbaycanın “Azerbaijan Apple Music” çartında birinci pillədə olub. Yutubda baxış sayı 40 milyonu keçən bəstə həftələrlə birinciliyi əldən verməyib. İfa TikTok-da da trendə düşüb, bəstəyə yüz minlərlə video çəkilib. Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aiddir.


SON XƏBƏRLƏR

12 Aprel 2025