"Biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında uyuşmayan məqamlar var".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.
Nazir deyib ki, bu mövzu Azərbaycan üçün olduqca vacibdir.
“Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Konstituisyada müəyyən dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir”.
Ceyhun Bayramov Ararat Mirzoyanın iddiasına da cavab verib:
“Azərbaycan Konstitusiyasında Ermənistanın mövcud ərazisinə dair hər hansısa bir ərazi və torpağın adı keçmir”.