Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün səhər saat 06:00 radələrində Koroğlu metrostansiyası yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən qapalı-kəllə beyin travması diaqnozu ilə 40 yaşlı qadın Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
***
09:48
Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb.
Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Görüntüləri təqdim edirik: