• Bakı 19° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

HADİSƏ

11 May 2025 | 19:53

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeniyetmə kəskin böyrək çatışmazlığından əziyyət çəkib. 

Uzun müddətdir müalicə alan Səlbi Cəfərlinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, şəhid Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. 

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


SON XƏBƏRLƏR

11 May 2025