Masallıda yenidoğulmuş övladı vəfat edən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 7-si Yardımlı rayon sakini 1985-ci il təvəllüdlü Pərviz Gönlüşad oğlu Bağırov prokurorluğa ərizə ilə müraciət edib.
O bildirib ki, iyunun 3-ü Masallı Rayon Mərkəzi Xəstəxanasında Doğum və Ginekologiya şöbəsinin müdiri Təhminə həkim ondan 6000 manat pul alıb və səhlənkarlıq nəticəsində yenidoğulan övladı orada vəfat edib.
Müraciətlə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.