• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

“Beşmərtəbə”də “Bakubus” avtobusu ilə 2 avtomobil toqquşdu - FOTOLAR

HADİSƏ

10 Iyul 2025 | 10:28

“Beşmərtəbə”də “Bakubus” avtobusu ilə 2 avtomobil toqquşdu - FOTOLAR

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Şıxəli Qurbanov və Füzuli küçələrinin kəsişməsində (Beşmərtəbə adlanan ərazi) “Bakubus” MMC-yə məxsus 2 saylı xətt üzrə hərəkət edən BYD markalı avtobus 2 minik avtomobili ilə toqquşub.

Nəticədə “Toyota” və “Hyundai” markalı nəqliyyat vasitələrinə, eləcə də avtobusa ciddi zərər dəyib.

Hadisə zamanı avtobusda və avtomobillərdə olan şəxslər arasında ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR