Ağdərədə ərazisində yanğının baş verdiyi əraziyə helikopterlər cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, gecə saatlarında başlayan yanğın Suqovuşan kəndi yaxınlığında söndürülüb.
Yanğının söndürülməsi işlərinə Dövlət Yanğından Mühafizə Xidməti bölmələri və üç helikopterlərin cəlb edildiyi müşahidə olunur.
Hazırda dağ massivindəki meşəlik ərazidə gedən yanğınların söndürülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
***
10:45
Xəbər verdiyimiz kimi, ötən gün Ağdərədə meşə massivində yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilir ki, Suqovuşan qəsəbəsində gecə saatlarından başlayan yanğının qarşısı alınıb.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Bakı 



