• Bakı 25° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Maşında sıxılı qalan qadın belə xilas edildi - VİDEO

HADİSƏ

07 Sentyabr 2025 | 10:00

Maşında sıxılı qalan qadın belə xilas edildi - VİDEO

Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəzanın baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan Note” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025