• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Quyudan su götürmək istəyərkən öldü

HADİSƏ

10 Iyul 2025 | 10:05

Quyudan su götürmək istəyərkən öldü

Hacıqabulda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 00:15 radələrində rayonun İkinci Udulu kənd sakini 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayevi yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

Belə ki, 55 yaşlı kişi həyətdəki artezian quyusundan su götürmək istəyərkən su nasosuna qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunub. Nəticədə o, cərəyan vurmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR