Göygöldə yol qəzası baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan TIR idarəetmədən çıxaraq körpünün beton dirəyinə çırpılıb.
Hadisə yerindən bir qədər aralıda isə minik maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.