Bakıda qarpızdan zəhərlənən 2005-ci il təvəllüdlü Ağayeva Dərya Namiz qızı haqqında bir sıra təfərrüatlar məlum olub.
Bakıvaxtı.az Unikal-a istinadla xəbər verir ki, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib.
Məlumata görə, ondan sonra ailədən heç kim həmin qarpızdan yeməyib.
Pirsinq və tatu ustası olan gənc qız Saatlı rayonunda dəfn olunub.
O, ailənin tək qızı idi. Özündən böyük bir qardaşı var.
Qeyd edək ki, yaxınları onun tələbə olması haqqında yayılan məlumatları təkzib edib.