Bakıda tanınmış jurnalist döyülüb.
Bakıvaxtı.az Lent.az-a istinadla xəbər verir ki, hadisə “Jurnalistlər Binası”nda qeydə alınıb. Belə ki, orada yaşayan, tanınmış jurnalist Rahib Qərib bir qrup şəxs tərəfindən döyülüb.
Şahidlərin bildirdiyinə görə, hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib.
Belə ki, Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədələyib. Buna görə həmin avtomobilin sahibi və onun yaxınları jurnalisti döyüblər.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisə barədə danışan jurnalist Rahib Qərib bildirib ki, aldığı xəsarətlər səbəbilə Kliniki Tibbi Mərkəzdə müalicə alıb:
“Gecə saatları TikTok-da hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində, istəmədən qarşıdakı “Range Rover” markalı avtomobilə cüzi zədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparıldım. Xəstəxanadan sırağa gün buraxılmışam. Ayağım snıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəm ki, cəzalarını alsınlar”.