• Bakı 19° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edildi - VİDEO

HADİSƏ

12 May 2025 | 10:22

Avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edildi - VİDEO

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər DYP İdarəsi və Nəsimi RPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.

Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı, N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.


SON XƏBƏRLƏR

11 May 2025