Bərdədə 50 yaşlı qadın paltar asarkən yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.
Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb.
Belə ki, 1975 - ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.
Yaralı Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır