• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tramp CAR-ı soyqırımında ittiham edib

DÜNYA

12 Aprel 2025 | 16:06 | Müəllif: Gülşən Şərif

Tramp CAR-ı soyqırımında ittiham edib

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikası (CAR) hakimiyyətini ağ fermerlərin soyqırımında ittiham edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Truth " sosial şəbəkəsindəki səhifəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, məhz bu məsələyə görə rəsmi Vaşinqton Yohannesburqda keçiriləcək "Böyük İyirmilər" (G20) sammitinə getməyə bilər.

"Əsas məsələ torpaqların müsadirəsi və soyqırımı olduğu halda, bizdən çox vacib G20 görüşü üçün CAR-a getməyimiz necə gözlənilə bilər? G20-də olmaq istədiyimiz yer budurmu? Mən belə düşünmürəm", - deyə Ağ Ev rəhbəri yazıb.

O vurğulayıb ki, CAR hakimiyyəti ağ fermerləri və onların ailələrini öldürür, media isə bu barədə danışmaqdan imtina edir.

Tramp əlavə edib ki, məhz buna görə ABŞ Afrika ölkəsinə ödənişləri dayandırıb.

Qeyd edək ki, bir müddət əvvəl amerikalı milyarder İlon Mask "Starlink"in CAR-a buraxılmamasını irqçiliklə izah edib.

"Starlink CAR-da fəaliyyət göstərmək üçün lisenziya ala bilmir, sadəcə ona görə ki, mən qara deyiləm. Bu ədalətlidirmi?", - deyə o sualla çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026