Kremlin sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff vasitəsilə amerikalı həmkarı Donald Trampa hədiyyələr və mesajlar göndərməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.
"Bu, deyək ki, şəxsidir. Söhbət prezidentin şəxsi hədiyyələrindən gedir. Bu barədə danışmaq bizim üçün adət deyil və biz bunu etməyəcəyik", - Peskov bildirib.
Qeyd edək ki, Uitkoffla Putin arasında görüş 11 apreldə baş tutub və 4 saatdan çox davam edib.