Türkiyədə fırıldaqçılara qarşı əməliyyat həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə paylaşımında bildirib.
Onun sözlərinə görə, mərkəzi Şanlıurfa olan və 25 vilayətdə 116 vətəndaşı dövlət məmuru kimi təqdim edərək aldadan şəbəkə ilə bağlı saxlanılan 84 şübhəlidən 41-i həbs edilib.
43 nəfər haqqında isə məhkəmə nəzarəti qərarı çıxarıldığını qeyd edib.
Nuriyyə Musayeva