• Bakı 25° C

    10.96 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Başına tısbağa düşən uşaq öldü

DÜNYA

12 Iyun 2025 | 00:34

Başına tısbağa düşən uşaq öldü

Çjao ailəsi Çinin Quandun əyalətində yaşayış kompleksinin həyətində kiçik oğlu ilə gəzərkən qəfildən tısbağa böyük hündürlükdən uşağın başına düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, nəticədə o, ağır xəsarətlər alıb və həkimlər onu həyata qaytara bilməyiblər.

Tısbağanın Çjan adlı kompleks sakininə məxsus olduğu müəyyən edilib. Zərərçəkənin valideynləri məhkəməyə müraciət edərək, tısbağanın sahibindən, idarəetmə şirkətindən və sığorta şirkətindən təzminat tələb ediblər. Lakin məhkəmə yalnız heyvanın sahibinin məsuliyyət daşıdığını müəyyən edib.

Uşağın başına düşən tısbağanın sahibi qurbanın yaxınlarına böyük məbləğdə təzminat ödəyəcək. Belə ki, Çjan Çjao ailəsinə 1,28 milyon yuan məbləğində təzminat ödəməyə borcludur. Hökmdən sonra Çjan apellyasiya şikayəti versə də, ödənişi yalnız 30 gün təxirə sala bilib.


SON XƏBƏRLƏR

12 Iyun 2025