• Bakı 12° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Putinlə danışan Tramp yox, müşaviri olub

DÜNYA

14 Mart 2025 | 20:33

Putinlə danışan Tramp yox, müşaviri olub

Ağ Evin mətbuat katibi Karolin Levitt aydınlaşdırıb ki, Rusiya prezidenti Vladimir Putinlə danışan Amerika lideri Donald Tramp deyil, onun müşaviri Stiv Uitkoff olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. 

"Dünən sülh baxımından məhsuldar gün idi. Putinlə söhbət edən Stiv Uitkoff idi", - Levitt qeyd edib. 

Bundan əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində Putinlə məhsuldar müzakirənin aparıldığını və Ukrayna münaqişəsinin nizamlanması üçün yaxşı şanslar barədə fikirlərini bildirmişdi. O, müzakirənin kim tərəfindən aparıldığını bildirməmişdi. 


SON XƏBƏRLƏR

14 Mart 2025