• Bakı 11° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Paşinyan və Putin arasında telefon danışığı olub - YENİLƏNİB

DÜNYA

14 Mart 2025 | 17:00

Paşinyan və Putin arasında telefon danışığı olub - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bakıvaxtı.az bu barədə Ermənistan mediasına istinadla xəbər verir.

Bildirilib ki, Paşinyan Rusiya prezidentinə Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə razılaşma və bu saziş üzrə danışıqların başa çatması barədə danışıb.

Qeyd edilib ki, zəngdə regional və ikitərəfli münasibətlərlə bağlı bir sıra digər məsələlər də müzakirə edilib.

Əli Hüseynov

***

16:45

Paşinyan və Putin telefon danışığı aparıblar. Ermənistan baş naziri Rusiya liderini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırdı.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat verib.


SON XƏBƏRLƏR