• Bakı C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Təyyarə qəzasında yaralanan qırğızlar evə buraxıldı

HADİSƏ

08 Yanvar 2025 | 18:49

Təyyarə qəzasında yaralanan qırğızlar evə buraxıldı

AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı Milli Xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, daha bir zərərçəkənin neyrotravma şöbəsində müalicəsi davam etdirilir. Onun vəziyyəti sabitdir, o, yeriyə bilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Zərərçəkənlər arasında 3 Qırğızıstan vətəndaşı da olub. Onlar dekabrın 30-da müalicələrini davam etdirmək üçün Qırğızıstana göndəriliblər.


SON XƏBƏRLƏR

08 Yanvar 2025