• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Kürdəmirdə şagird məktəb yoldaşına xəsarət yetirib - YENİLƏNİB

HADİSƏ

07 Fevral 2025 | 13:43

Kürdəmirdə şagird məktəb yoldaşına xəsarət yetirib - YENİLƏNİB

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbdə xəsarət yetirilən 2008-ci il təvəllüdlü oğlanın vəziyyəti orta ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü oğlan təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib",- məlumatda qeyd olunub.

Bildirilib ki, xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

12:33

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədəReport-un sorğusuna cavab olaraq Mərkəzi Aran Regoinal Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, fevralın 7-si Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib:

"Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Həmçinin əlavə olunub ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.


SON XƏBƏRLƏR

11 Mart 2025