• Bakı C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

ATƏT-in sədri Moldovaya səfər edəcək

DÜNYA

08 Yanvar 2025 | 16:07

ATƏT-in sədri Moldovaya səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yanvarın 9-da Kişineuya rəsmi səfər edəcək.

Bakıvaxtı.az Moldova mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə XİN-in mətbuat xidməti məlumat yayıb.

"Finlandiyanın xarici işlər naziri Elina Valtonen yanvarın 9-da ATƏT-in fəaliyyətdə olan sədri qismində Moldovaya rəsmi səfər edəcək. Müzakirələr zamanı əsas diqqət Moldovanın dayanıqlılığı və sabitliyinin gücləndirilməsində ATƏT-in roluna, Dnestryanı münaqişənin həlli prosesinə, o cümlədən regional təhlükəsizlik məsələlərinə yönəldiləcək", - məlumatda qeyd olunub.

Həmçinin ikitərəfli gündəliyin prioritetlərinin və Moldova-Finlandiya dialoqunun intensivləşdirilməsi yollarının müzakirəsi planlaşdırılır.

Valtonenin səfər proqramına moldovalı həmkarı Mixay Popşoy, baş nazir Dorin Reçan və reinteqrasiya üzrə baş nazirin müavini Oleq Serebryan ilə görüşlər daxildir.


SON XƏBƏRLƏR

08 Yanvar 2025