• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Mask: "ABŞ-nin silah proqramları yenidən nəzərdən keçirilməlidir"

DÜNYA

07 Fevral 2025 | 14:34

Mask: ABŞ-nin silah proqramları yenidən nəzərdən keçirilməlidir

"ABŞ silah proqramında tam islahatlara başlamasa, növbəti müharibəni uduzacaq". 

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu fikirləri milyarder İlon Mask "X"  hesabında yazıb.

O,  ABŞ Hərbi Dəniz Qüvvələrinin növbəti 30 il ərzində 364 gəmiyə ildə 40 milyard dollar xərcləməyi planlaşdırdığı barədə xəbəri şərh edib.

Maskın sözlərinə görə, Amerika silah proqramları tamamilə yenidən nəzərdən keçirilməlidir. Çünki hazırkı strategiya əvvəlki müharibə ilə mübarizə aparmaq üçün yüksək xərclə az miqdarda silah yaratmaqdır:

"Təcili dəyişikliklər edilmədikcə, Amerika növbəti müharibəni acınacaqlı şəkildə uduzacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025