• Bakı 10° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Ermənistandan Rusiyaya yük aparan maşınlar buraxılmır

DÜNYA

07 Fevral 2025 | 15:12

Ermənistandan Rusiyaya yük aparan maşınlar buraxılmır

Ermənistandan Rusiyaya gedən yük maşınlarının Rusiya keçid məntəqəsindən keçirilməsinə icazə verilmir.

Bakıvaxtı.az xəbər verir ki, “Hraparak”a danışan TIR sürücülərindən birinin sözlərinə görə, Rusiya-Gürcüstan sərhədindəki keçid məntəqəsinin əməkdaşları meyvə yüklü avtomobilləri Rusiyaya buraxmırlar.

"Demək olar ki, heç bir meyvə-tərəvəz yüklü maşın sərhəddən buraxılmır. Rusiya gömrüyü heç bir tutarlı səbəb göstərmir. Artıq alma yüklü 26 maşın geri göndərilib".

Onun sözlərinə görə, bu problem 15 gündən artıqdır ki, davam edir və həlli tapılmayıb.


SON XƏBƏRLƏR

13 Mart 2025