• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İstanbul əhalisinə görə 131 ölkəni geridə qoyub

DÜNYA

07 Fevral 2025 | 15:46 | Müəllif: Gülşən Şərif

İstanbul əhalisinə görə 131 ölkəni geridə qoyub

Türkiyənin ən sıx şəhəri olan İstanbulun əhalisi 2024-cü ildə 131 ölkəni geridə qoyaraq, 15 milyon 701 min 602 nəfərə çatacaq.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, Türkiyənin ümumi əhalisinin 18,3 faizini təşkil edən İstanbulda 7,82 milyon kişi və 7,88 milyon qadın yaşadığı qeyd edilib.

Ölkənin ən sıx məskunlaşdığı şəhəri İstanbul 15,7 milyonu keçən əhalisi ilə dünyanın bir çox ölkəsini geridə qoyub. 

Belə ki, İstanbul əhalisinə  görə Belçika, İsveç, Çexiya, Yunanıstan,Portuqaliya, Macarıstan və Avstriyanı geridə qoyub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026