• Bakı C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Raqif Abbasov və sektor müdirinin məhkəməsi başlayıb

HADİSƏ

08 Yanvar 2025 | 17:36

Raqif Abbasov və sektor müdirinin məhkəməsi başlayıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Prosesdə Eldəniz Qulamovun vəkili iştirak etməyib.

    Raqif Abbasovun vəkili Yusif Səmədov isə istintaq materilları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

    Proses fevralın 4-dək təxirə salınıb.

    Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR

    08 Yanvar 2025